lider-media.az

Kamçatkada radarlardan itmiş helikopterin qalıqları aşkarlanıb

Baxış: 498 Tarix: 1-09-2024, 14:09

Kamçatkada radarlardan itmiş Mi-8 helikopterinin qalıqları aşkarlanıb. Onun göyərtəsindəki insanların hamısının həlak olduğu ehtimal edilir.

Lider-media.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb. “Çox güman ki, zəif görmə (pis hava şəraiti) səbəbindən helikopter təpəyə çırpılıb”, - məlumatda belə deyilir.

Mi-8-in qalıqları 980 metr yüksəklikdə yerləşir. Hələlik xilasedicilər qəza yerinə piyada gedə bilmirlər.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, helikopterin qalıqları havadan aşkarlanıb. Onlar təyyarənin son dəfə əlaqəyə çıxdığı yerin yaxınlığında yerləşir.

Rusiyanın “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri bir gün əvvəl Kamçatkada radarlardan itmişdi. Helikopterdə 3-ü ekipaj üzvü olmaqla, 22 nəfərin olduğu bildirilir.



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi