lider-media.az

Milli Kitabxanada “Bakı Dövlət Universiteti -105” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Baxış: 487 Tarix: 31-08-2024, 11:43

Milli Kitabxanada Bakı Dövlət Universitetinin təsis edilməsinin ildönümü ilə əlaqədar “Bakı Dövlət Universiteti -105” adlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan verilən məlumata görə, sərgidə müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağının - Azərbaycanın nüfuzlu elm və təhsil mərkəzi olan Bakı Dövlət Universitetinin keçdiyi tarixi və şərəfli inkişaf yolundan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin universitetə xüsusi qayğısından, Prezident İlham Əliyevin dövlət strategiyası əsasında təhsil sahəsində aparılan islahatlardan, yüksək ixtisaslı kadr potensialının davamlı olaraq artırılması istiqamətində görülən işlərdən, müasir Azərbaycanın ali təhsil sisteminin təkmilləşdirilməsində və elmin inkişafında universitetin rolundan, yeni əsrdə qarşıda duran hədəflərdən bəhs edən monoqrafiyalar, dərsliklər və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi