lider-media.az

Lyayen danışıqların Ukraynanı Rusiyaya tabe etmək cəhdi adlandırdı

Baxış: 309 Tarix: 30-08-2024, 17:53

 

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib ki, sülh danışıqları Kiyevin maraqlarını nəzərə almır. Buna görə də, bu, Ukraynanı Rusiyaya tabe etmək üçün atılmış addımdır.


Lider-media.az xəbər verir ki, onun sözlərini “Reuters” dərc edib. 


“Ukraynaya dəstəyin dayandırılmasını müdafiə edənlər sülh tərəfdarı deyil, onlar Ukraynanın tabe edilməsini müdafiə edirlər. Bir çoxları yalnız döyüşlərin dayandırılması ilə maraqlansa da, mənim mövqeyim budur ki, sülh təkcə müharibənin olmaması deyil. Sülh müharibəni qeyri-mümkün və lazımsız edən sazişdir” deyə o, qeyd edib.

Lyayen, həmçinin əlavə edib ki, sülh danışıqlarına başlamaq qərarını Ukrayna tərəfi verməlidir. Onun sözlərinə görə, Aİ hərbi yardımı davam etdirməli, eləcə də ölkənin icmaya daxil olmasına çalışmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi