lider-media.az

Ukrayna Praqada keçirilən təhlükəsizlik konfransının əsas mövzusuna çevrildi

Baxış: 338 Tarix: 30-08-2024, 16:13

 

Ukraynaya dəstək məsələsi Praqada öz işinə başlayan beynəlxalq təhlükəsizlik konfransının əsas mövzularından birinə çevrilib.


Lider-media.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 


Forumun açılış mərasimində çıxış edən Çex Respublikası Prezidenti Petr Pavel bildirib ki, ədalətli sülhə nail olmaq üçün biz Ukraynanı dəstəkləməyə davam etməliyik və hələ fə Rusiyanın imkanlarını sarsıdacaq sanksiyaların effektivliyini artıra bilərik.
Çex liderinin sözlərinə görə, Ukraynadakı vəziyyət iki il əvvəlkindən çox fərqlidir, lakin münaqişənin nəticəsini proqnozlaşdırmaq çətindir. Pavel hesab edir ki, bu fonda Çinin beynəlxalq mövqeyi güclənir. Çex prezidentinin fikrincə, Pekin Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün Moskvaya təsir göstərə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi