lider-media.az

Alimlər: Qaraciyərin köçürülməsinə gətirib çıxaran xəstəliyin müalicəsi mümkün ola bilər

Baxış: 214 Tarix: 18-02-2024, 17:51

İmmunitet hüceyrələri və qaraciyər arasında olan patoloji əlaqə orqanın ağır zədələnməsi ilə nəticələnir. Bu qarşılıqlı əlaqəni bloklamaq mümkündür, bununla da qaraciyərin köçürülməsini tələb edən xəstəliyin qarşısını almaq olar.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Gastroenterology” jurnalında dərc olunan tədqiqatın müəllifləri bildirirlər.

İlkin sklerozlu xolangit - öd yollarının iltihablandığı ağır xroniki xəstəlikdir. Ödün axmasında pozuntu və ya onun qaraciyərdə toplanması orqanın ağır zədələnməsidir. İlkin sklerozlu xolangitin effektli müalicəsi yoxdur, bu səbəbdən də xəstəlik qaraciyər transplantasiyası üçün göstərici kimi qəbul edilir.

Tədqiqat göstərib ki, mutasiya daşıyıcılarında immun hüceyrələri ilə öd yollarını açan hüceyrələr arasında xüsusi qarşılıqlı əlaqədən sonra iltihab başlayır. Alimlər hesab edirlər ki, əgər onlar bu qarşılıqlı əlaqəni bloklaya bilsələr, o zaman ilkin sklerozlu xolangitin inkişafını dayandırmaq və qaraciyərin zədələnməsinin qarşısını almaq mümkün olacaq.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi