lider-media.az

Bayden Konqresi təcili olaraq Ukraynaya yardım haqqında qanun layihəsini qəbul etməyə çağırıb

Baxış: 526 Tarix: 18-02-2024, 17:31


ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Ev-dən bildirilib.

Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı barədə məlumat yayan Ağ Evin açıqlamasında deyilir: “Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”.

Bayden jurnalistlərə açıqlamasında bildirib ki, onun administrasiyası Konqresə Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi