lider-media.az

Gənclər Kitabxanasında Beynəlxalq Azərbaycan Muğamı Günü ilə əlaqədar kitab sərgiləri açılıb

Baxış: 194 Tarix: 26-08-2024, 13:18

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd edilir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Tükənməz xəzinə - Azərbaycan muğamı” adlı virtual kitab sərgisi və “Beynəlxalq Azərbaycan Muğamı Günü ” adlı ənənəvi kitab sərgisi hazırlanıb.

Kitabxanadan Lider-media.az-a bildirilib ki, virtual kitab sərgisində bu günün təsis edilməsi tarixi, Azərbaycan muğamlarının təsnifatı, inkişaf mərhələləri haqqında məlumat verilir. Materialda Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən yerli və beynəlxalq əhəmiyyətli silsilə tədbirlər, 2005-ci ildən davamlı olaraq təşkil edilən “Azərbaycan muğamları” layihəsindən bəhs edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə “Muğam aləmi” toplusu, “Muğam ensiklopediyası”, “Xanəndə Məşədi Qafar Qaryağdı”, “Muğam haqqında əlyazmalar toplusu”, “Azərbaycan xalq çalğı alətləri”, “Azərbaycan muğam fəlsəfəsi” kimi kitabların qısa annotasiyası və “Muğam sənətimizin Mehriban himayədarı”, “Muğam aləminin əlvan rəngləri” kimi məqalələrin yer aldığı dövrü mətbuat nümunələri təqdim edilir.

Virtual kitab sərgisində muğam ifalarının yer aldığı “Xarıbülbül” festivalından görüntülər, korifey və müasir muğam ifaçılarının çıxışlarından fraqmentlər nümayiş olunur.

26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü ilə hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/26-avqust-azerbaycan-mugami-gunu yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi