lider-media.az

ABŞ rəsmisi: Birləşmiş Ştatlar COP29-da Bakının iqlim prioritetlərini tam dəstəkləyir

Baxış: 165 Tarix: 17-02-2024, 13:32


Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Münxendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Qofri Pyatt ilə görüşüb.

AZƏRTAC Qofri Pyattın “X” hesabına istinadla xəbər verir ki, Münxendə keçirilən bu görüşün əsas məqsədi COP29 çərçivəsində Bakının iqlim prioritetlərinə dəstək, metan emissiyalarının azaldılması, o cümlədən Xəzər regionunda enerji marşrutlarının və təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etmək olub.

ABŞ rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Bakının iqlim prioritetlərini tam dəstəkləyir.

Xatırladaq ki, bu il Azərbaycanda COP-un 29-cu sessiyası keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi