ABŞ Rusiya almazlarının idxalını bu tarixdən qadağa edəcək
ABŞ 2025-ci il sentyabrın 1-dək bir sıra kateqoriyalar üzrə Rusiya istehsalı olan brilyantların idxalına qadağa qoyacaq.
Lider-media.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, rus daşları olan zərgərlik məmulatlarının idxalı, eləcə də almazların istehsalı üçün istifadə oluna bilən qeyri-sənaye almazlarının təsdiqlənmiş idxalına icazə verilə bilər.
İdxalına icazə verilən brilyantlar üçün istehsal müddətini bir karatdan çox olan daşlar üçün 2024-cü il martın 1-nə, çəkisi 0,5 karatdan çox olan brilyantlar üçün isə bu ilin sentyabrın 1-nə kimi təyin edib.
Ötən ilin dekabrında Avropa İttifaqı G7 ölkələri ilə əməkdaşlıq edərək 2024-cü il yanvarın 1-dən kobud rus almazlarının idxalına qadağa qoyub, martın 1-dən isə sanksiyalar Rusiyadan xaricdə emal edilən daşlara da şamil edilib.