lider-media.az

UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan" böyük hesablı qələbə qazanıb

Baxış: 170 Tarix: 21-08-2024, 21:04

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Lider-media.az xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı ilk sınağında Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib.

İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində qolları Giovanni Valerio (2:06, 19:33, 20:32), Kənan Manafov (21:01), Yaniç Aleksandar (26:54), Amadeu (32:18) və Emil Həsənzadə (39:16) vurublar.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 22-də Estoniya çempionu “Sillamae Silla”, ayın 24-də isə İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi