lider-media.az

AZAL Naxçıvana əlavə təyyarələr göbdərəcək

Baxış: 610 Tarix: 20-08-2024, 17:12

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Lider-media.az-a bildirilib ki, hazırda Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə edilir. 

Bu səbəbdən, Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay mövsümündə intensiv uçuş cədvəlinə baxmayaraq, sərnişinlərin Naxçıvandan Bakıya daşınması üçün bütün zəruri tədbirləri həyata keçirir. 

Mövcud vəziyyətin həlli məqsədilə AZAL Naxçıvana əlavə təyyarələr göndərəcək ki, bu da sərnişinlərin Bakıya çatdırılma prosesini sürətləndirməyə imkan verəcək. 

Qeyd etmək lazımdır ki, bu gün bu marşrut üzrə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət 12 reys həyata keçirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi