lider-media.az

Hesablama Palatasının sədri INTOSAI IDI layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib

Baxış: 270 Tarix: 16-02-2024, 16:39

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının İnkişaf Təşəbbüsünün (INTOSAI IDI) Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü layihəsi çərçivəsində növbəti onlayn tədbirdə iştirak edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun Tacikistan Respublikası Hesablama Palatasının fəaliyyətinin qiymətləndirilməsinin əsas nəticələrini təqdim edib. O qeyd edib ki, qiymətləndirmə Tacikistan AAO-nun fəaliyyətinin beynəlxalq standartlara uyğunluq səviyyəsini, qurumun güclü və zəif tərəflərini müəyyən etməyə imkan verib. Çıxış zamanı sədr konseptual məsələlərə diqqət yetirərək Hesablama Palatasının tövsiyələrini diqqətə çatdırıb.

Onlayn formatda baş tutan tədbirdə Hesablama Palatasının sədri ilə yanaşı Tacikistan AAO-nun rəhbəri Chillazoda Qarakhon, IDI-ın baş direktoru Einar Gorrissen, İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CIPFA) beynəlxalq direktoru da çıxışlar ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi