lider-media.az

Bakı–Tbilisi–Ceyhan kəməri daşınan neftin həcmi açıqlanıb

Baxış: 207 Tarix: 16-02-2024, 14:46

Yanvar ayında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 0,43 faiz artaraq 3 milyon 269,1 min ton olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 76 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar ayı ərzində bu kəmərlə neft nəqli 1,87 faiz azalaraq 2 milyon 486,1 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,7 faizini və ya 2055,3 min tonunu Azərbaycanda hasil edilən neft, 17,3 faizini və ya 430,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi