lider-media.az

Azərbaycan taekvondoçuları Özbəkistanda 12 medal qazanıblar

Baxış: 228 Tarix: 16-08-2024, 11:23

 

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open 2024" beynəlxalq turnirində 12 medal qazanıblar.

Lider-media.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) qızıl medala yiyələnib.

Nigar Useynova (U-30), Narin Həsənova (U-18), Zəhra İsayeva (42 kq), Vidadi Məmmədli (26 kq), Cahid İsmayılzadə (42 kq), Yusif Zeynallı (42 kq) isə gümüş medal əldə edib.

Fateh Sultanlı (38 kq), Aliyə Məmmədli (42 kq), Əkbər Tağıyev (24 kq), Mirzəli Uğur (40 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, komanda avqustun 16-18-də Özbəkistan təmsilçiləri ilə birgə təlim-məşq keçəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi