lider-media.az

Azərbaycanda II Sığorta Festivalı keçiriləcək

Baxış: 236 Tarix: 14-08-2024, 15:09

  

Avqustun 17-dən sentyabrın 7-nə qədər Azərbaycan Mərkəzi Bankı, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində ölkədə II Sığorta Festivalı təşkil olunacaq.

Lider-media.az bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, festivala Bakıda - Dənizkənarı Milli Parkda start veriləcək. Ardınca festival 24 avqustda Naxçıvan, 30 avqustda Sumqayıt, 31 avqustda Lənkəran və 7 sentyabrda Gəncə şəhərlərində baş tutacaq.

Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi