lider-media.az

Oğuz - Qəbələ su xəttində aparılan işlər sürətlə davam etdirilir

Baxış: 528 Tarix: 14-08-2024, 12:17

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən Lider-medeia.az-a verilən məlumata görə, avqustun 12-i  gecə saatlarından başlayaraq, Oğuz - Qəbələ xəttində təmir-bərpa işləri aparılır.

Bildirilib ki, hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib.  Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər aparılır.

 İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq.

 Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi