lider-media.az

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Baxış: 252 Tarix: 12-08-2024, 16:25

 

Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət Azərbaycanın U-18 milliləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA ) çempionatında güclərini sınayacaqlar.

Lider-media.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindənməlumata verilib.

Hər iki yığma bu gün yarışın keçiriləcəyi Latviyanın Cesis şəhərinə yola düşüblər.

13-15 avqust aralığında baş tutacaq turnirdə ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.

Yarışda Azərbaycanla yanaşı Estoniya, Ukrayna, Polşa, Litva və Latviya voleybolçuları da çıxış edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi