lider-media.az

Parlament seçkilərində “exit-poll” keçirmək üçün iki təşkilat qeydə alındı

Baxış: 242 Tarix: 12-08-2024, 16:22

 

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilat müraciət edib.
Lider-media.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirmək niyyətini bildirib. "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə “SWG S.P.A” Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciət edib.  
Bu təşkilatların müraciətləri səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət avqustun 12-dək olan dövrü əhatə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi