lider-media.az

Azərbaycanda İsrail hərbçiləri var? – POLİTOLOQ AÇIQLADI

Tarix: 12-08-2024, 13:09


"İsrailin “Kan” dövlət teleradio şirkəti xəbər yaydığııb ki, İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib. Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda Cənubi Qafqazın bu iki respublikasında hər hansı səbəbdən hərbi xidmətdə olan israillilər dərhal ölkəyə qayıtmağa borcludurlar".

 

Bunu Lider-media.az-a danışan politoloq Turan Rzayev deyib. 

O, əlavə edib ki, İran-İsrail gərginliyi fonunda bu çağırış diqqət çəksə də, doğru deyil. Məsələ ondadır ki, İsrailin Azərbaycanda hərbi kontingenti yoxdur. Ümumiyyətlə, Azərbaycan Konstitusiyasına görə, ölkə ərazisində başqa dövlətin hərbi bazası və ya kontingenti fəaliyyət göstərə bilməz. Digər tərəfdən, bu gün Azərbaycan ərazisində işğal və ya qeyri-müəyyən vəziyyətdə də yoxdur ki, hər hansı sülhməramlı kontingent fəaliyyət göstərsin.

"Azərbaycan regional sülhə, təhlükəsizliyə önəm verən, bunu dövlətin xarici siyasətinin prioriteti halına gətirən ölkədir. Rəsmi Bakı heç vaxt ərazisindən region ölkələrinə qarşı istifadə etməyə imkan verməz. Ölkənin quru, hava və su sərhədləri də heç bir ölkəyə hücum və ya hərbi fəaliyyətə açıq deyil. “Kan” teleradio şirkətinin yaydığı xəbərdə İsrail ordu rəhbərliyinin hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etdiyi deyilir. Burada hərbi qulluqçu deyərkən mütləq şəkildə kontingent mənsubundan söhbət getmir. Səfirliklər, diplomatik korpusun təhlükəsizliyini qoruyan şəxslər də hərbçi və ya hərbi təyinatlı şəxs olur".

Turan Rzayev bildirib ki, Vyana Konvensiyasına görə, səfirlik və diplomatik korpusun təhlükəsizliyini ya səfirliyin yerləşdiyi ölkə, ya səfirliyi açan ölkə, ya da hər ikisi birlikdə qoruyur. Mümkündür ki, xəbərdə qeyd olunan hərbçilər elə məhz səfirliyi qoruyan təhlükəsizlik qüvvələridir və sayları bir neçə nəfərdir. Lakin İsrailin Azərbaycandakı səfirliyinin mühafizəsində israilli hərbçilərin yer alması da təsdiqlənmir. Ümumiyyətlə, Azərbaycan heç bir halda İsrail-İran gərginliyinin bir parçası, tərəfi deyil. Rəsmi Bakı münaqişələrin sülh və beynəlxalq hüquqa əsasən dinc yolla həllində maraqlıdır. Bu baxımdan “Kan”ın “İsrail hərbi qulluqçuları Azərbaycanı tərk etsin” xəbərinin heç bir əsası yoxdur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi