lider-media.az

Paris Yay Olimpiya Oyunlarının sonuncu həftəsi də skandallarla yaddaşlara yazıldı

Baxış: 379 Tarix: 9-08-2024, 18:03

 

Fransada keçirilən 33-cü Yay Olimpiya Oyunlarının sonuncu həftəsində skandallar yaşanıb.

Lider-media.az xəbər verir ki, bu barədə “Haber Global”ın hazırladığı süjetdə qeyd edilib.

Süjetdə 18 yaşlı rumıniyalı gimnast Ana Barbosun qazandığı bürünc medalın son anda əlindən alındığına toxunulub: "Amerikalı məşqçilər nəticələrə etiraz ediblər. Beləliklə, nəticələr yenidən hesablanıb və amerikalı idmançı Cordan Çaylz bürünc medalın yeni sahibi olub. Bundan sonra Barbos əlindəki bayrağı yerə saldı və göz yaşlarına hakim ola bilmədi”.

Qeyd olunub ki, Rumıniyanın baş naziri Marçel Çolaku hadisəyə etiraz edib və bunu idmançıların ləyaqətinə zərbə kimi qiymətləndirib. O, Paris olimpiadasının bağlanış mərasiminə qatılmayacağını deyib.

“Haber Global”ın başqa bir süjetində bildirilib ki, Olimpiada uğurlardan daha çox çatışmazlıqlarla yadda qalıb: “Əsas problemlərdən biri də Sena çayının çirkliliyi ilə bağlıdır. Paris olimpiadasından danışanda ağıla ilk gələn Sena çayı olur. Çünki Fransa iddialarını doğrulda bilmədi. Çayın çirklilik səviyyəsi təşkilatçıların dediklərindən də daha çoxdur”.

Süjetdə qeyd olunub ki, Sena çayında üzən bir neçə idmançı virusa yoluxub: “Sular nəinki çirklidir, həm də bakteriya ilə doludur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi