lider-media.az

Mikayıl Cabbarov: Arzum budur ki, sənaye zonalarının birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək

Baxış: 47 Tarix: 8-02-2024, 10:56

Bizim istəyimizdən asılı olmayaraq bir sıra dövlətlər, həmçinin ticarət tərəfdaşımız olan ölkələr artıq öz qanunlarını qəbul ediblər. Bizdə istehsal olunan məhsul bu dövlətlərə göndəriləndə həmin məhsulun karbon izi hesablanaraq əlavə vergilər, kvotalar, məhdudiyyətlər tətbiq edilir. Bu proses genişlənərək digər ölkələri də əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayılov Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı forumda bildirib.

O bildirib ki, öz müəssisələrimizin rəqabət qabiliyyətini qoruyub saxlamaq istəyiriksə, bu tənzimləyici alətləri vaxtında müzakirə etməliyik.

“Arzum budur ki, ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarının heç olmasa birini bərpa olunan yaşıl enerji ilə qidalandıra bilək", - deyə Mikayıl Cabbarov vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi