lider-media.az

Olimpiya ikincisi olan Azərbaycan taekvondoçusu mükafatlandırılıb

Baxış: 460 Tarix: 8-08-2024, 01:03

"Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan taekvondoçusu Qaşım Maqomedov mükafatlandırılıb.

Lider-media.az xəbər verir ki, 58 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançımıza gümüş medal təqdim olunub.

Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Qaşım Maqomedov ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.

Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən idmançı ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən Q.Maqomedov yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi