lider-media.az

"Paris-2024": Azərbaycanın daha bir güləşçisi 5-ci yeri tutub

Baxış: 389 Tarix: 7-08-2024, 23:02

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov "Paris-2024" Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

Lider-media.az xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı qırğızıstanlı Akjol Mahmudovla qarşılaşıb.

Rəqibinə 5:6 hesabı ilə uduzan S.Süleymanov 5-ci yerlə kifayətlənib.

Daha əvvəl Sabah Şəriəti (130 kiloqram) Paris Olimpiadasında analoji nəticəyə imza atıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi