lider-media.az

Fələstinli ailələrə sosial müavinətlərin ödənilməsi üçün 15,5 milyon avro ayırılıb

Baxış: 406 Tarix: 6-08-2024, 17:01

 

Avropa İttifaqı (Aİ) və İspaniya həssas fələstinli ailələrə sosial müavinətlərin ödənilməsi üçün 15,5 milyon avro ayırıb.

Lider-media.az xəbər verir ki, bu barədə Aİ məlumat yayıb.

Bildirilib ki, vəsaitin 13,5 milyonunu Avropa İttifaqı, 2 milyonunu isə İspaniya ayırıb və bu maliyyə İordan çayının qərb sahilində risk altında olan 27 561 ailəyə çətin dövrlərində dəstək məqsədi daşıyır.

"Bu yardımdan yoxsul ailələr, ağır əlilliyi olan şəxslər və 65 yaşı keçmiş pensiya almayan insanlar faydalana biləcəklər. Aİ Fələstin Administrasiyasının Sosial İnkişaf Nazirliyinə Nağd Köçürmə Proqramı vasitəsilə Qəzza və İordan çayının qərb sahilində ən həssas ailələrə sosial müavinətlərin verilməsində daim dəstək göstərir. Humanitar böhranın şiddətləndiyi Qəzzada Aİ bir çox humanitar kanallar vasitəsilə yardım çatdırmaq üçün Sosial İnkişaf Nazirliyi və müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir", - məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi