lider-media.az

Qızıl medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdırlar

Baxış: 879 Tarix: 3-08-2024, 11:19

Azərbaycanın olimpiya çempionları Vətənə qayıdırlar

“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdırlar.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, onların avqustun 4-ü saat 05:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi olacaq.

Qeyd edək ki, Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər. Bununla da Azərbaycan cüdo üzrə yarışların medal sıralamasında ikinci yeri tutub. Bu göstərici Azərbaycan cüdo tarixində ilkdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi