lider-media.az

Dövlət Xidməti 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində məlumatların olmadığını aşkarlayıb

Baxış: 597 Tarix: 2-08-2024, 18:52

Dövlət Xidməti 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində məlumatların olmadığını aşkarlayıb

Bu ilin 7 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisə tərəfindən idxal olunan 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub.

Dövlət Xidmətindən bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların dolğun və düzgün məlumat əldə etmək hüququnun təmin olunmasına yönəlmiş fəaliyyətləri həyata keçirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi