lider-media.az

Bu ilin 6 ayı ərzində 154 aptekdə həyata keçirilən yoxlamanın nəticələri açıqlanıb

Tarix: 23-07-2024, 18:23

Bu ilin 6 ayı ərzində 154 aptekdə həyata keçirilən yoxlamanın nəticələri açıqlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində fəaliyyət göstərən apteklərdə satılan bioloji aktiv qida məhsullarının mövcud tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədilə müntəzəm olaraq nəzarət tədbirləri həyata keçirilir.

Agentlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 154 aptekdə yoxlama keçirilib. Aparılan yoxlamalar zamanı xüsusi təyinatlı qida məhsulları (uşaq qidaları, diyetik qidalar və digər), təbii mineral sular və bioloji aktiv qida məhsullarının satışı həyata keçirilən apteklərdə bir sıra uyğunsuzluqlar aşkar edilib:

-102 aptekdə sanitar norma və qaydalara əməl edilməməsi;

-3 aptekin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi;

-4 aptekdə ümumilikdə 5 adda 18 məhsulun idxal sağlamlıq aktının mövcud olmaması;

-5 aptekdə ümumilikdə 8 adda 44 məhsulun üzərində müalicəvi xüsusiyyətlərə malik olması barədə məlumatların əks olunması;

-9 aptekdə ümumilikdə 15 adda 32 məhsulun üzərində Azərbaycan dilində məlumatların əks olunmaması;

-7 aptekdə ümumilikdə 18 adda yararlılıq müddəti bitmiş 32 bioloji aktiv qida məhsulunun satışı;

-4 aptekdə ümumilikdə 4 adda 9 məhsulun istifadə qaydası və dozasının müvafiq rəyə və istifadənin yaş həddinə uyğun göstərilməməsi;

-1 aptekdə 1 adda məhsulun içlik vərəqində, 1 aptekdə isə 2 adda 21 məhsulun qablaşdırılmasında yararlılıq müddətinin uyğun göstərilməməsi;

-2 aptekdə ümumilikdə 2 adda 5 dərman vasitəsinin bioloji aktiv qida məhsulu kimi satışa təqdim edilməsi;

-4 aptekdə ümumilikdə 47 adda 53 bioloji aktiv qida məhsulunun üzərində dərman vasitələrinə vurulan “Nəzarət markası” ilə markalanması və digər nöqsanlar.

Agentlik tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 113 aptekdə nöqsan aşkar edilib ki, onlardan 17-də məhsul satışının dayandırılması, 14-də məhsul satışının qadağan edilməsi, 3-də məhsulun dövriyyədən çıxarılması, 24-də iş personalının işdən kənarlaşdırılması və 1-də isə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərarlar verilib, həmçinin sözügedən müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb. 41 aptekdə isə hər hansı uyğunsuzluq aşkar edilmədiyi üçün nəticə qənaətbəxş hesab olunub.

Həmçinin hesabat dövründə apteklərdə keçirilən monitorinqlər zamanı 39 aptekdə bioloji aktiv qida məhsullarının onlar üçün ayrılan rəf və dolablarda dərman vasitələrindən ayrı saxlanılmadığı, həmin rəf və dolabların üzərində “Bioloji aktiv qida məhsulları” sözləri, onun alt hissəsində isə “Dərman vasitəsi deyildir” sözlərinin qeyd olunmadığı, 9-da Azərbaycan dilində markalanması olmayan və 1-də isə yararlılıq müddəti bitmiş bioloji aktiv qida məhsulları aşkar edilib.

Görülmüş tədbirlər çərçivəsində tələblərə uyğun olmayan məhsullar satışdan kənarlaşdırılıb, aptek rəhbərlərinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri bir daha izah olunub. Bundan başqa, 1 aptekdə bioloji aktiv qida məhsullarının həkim reseptinə yazılması faktı aşkar edilib ki, bununla bağlı müvafiq tədbir görülməsi üçün zəruri məlumatlar aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, Agentlik tərəfindən aptek rəhbərlərinə mövcud tələbləri özündə əks etdirən xəbərdarlıq məktubları göndərilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi