“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-nin Yardımlı rayonunda keçirdiyi görüşün təfərrüatları “Dünya” TV-də
Cəmiyyətin mətbuat xidmətindən Lider-media.az-a bildirilib ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə həyata keçirir. Layihə iştirakçıları və layihədə könüllü kimi iştirak edənlər bu yaxınlarda YAP-ın Yardımlı Rayon Təşkilatının binasında müharibə əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.
Bu gün layihənin davamı kimi “Dünya” TV-də BƏC İB tərəfindən canlı təqdim olunan “Biz sizinləyik” adlı televizya verilişi tamamilə Yardımlı rayonunda keçirilən görüşə həsr olunub. Layihə rəhbəri və ictimai birliyin sədri Tahir Xudiyev, BƏC İB İdarə Heyəti üzvləri - filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist, ədliyyə polkovniki Allahverdi Məmmədli, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, BƏC İB-in üzvü, şair Mirsəfər Fətiyev Yardımlı rayonunda keçirilən tədbirdən ətraflı məlumat veriblər. Şəhid ailələrinin, yerli camaatın istiqanlılığından, mehribanlığından söhbət açdılar, İcra hakimiyyətinin şəhid ailələri və qazilərimizə olan diqqət və qayğısının danılmaz olduğunu vurğulayıblar.
Verilişdə iştirak etmək üçün Yardımlı rayonundan gəlmiş şəhid Elşən Sultanlının atası Nazim Sultanov şəhid ailələri ilə maraqlandıqlarına görə BƏC İB-in əməkdaşlarına təşəkkürünü bildirib, bu layihənin vacibliyini qeyd edib.
Tədebirdə Tahir Xudiyev problemlərinin qeydiyyatı aparılmış şəhid ailələri, qazilər və əlilliyi olan insanların üzləşdiyi məsələlərin həlli üçün artıq aidiyyəti dövlət qurumlarına ictimai birlik tərəfindən rəsmi məktublarla müraciət olunduğunu da diqqətə çatdırıb.
Layihə uğurla davam edir.