lider-media.az

BMT Təhlükəsizlik Şurası HƏMAS liderinin ölümü ilə bağlı təcili iclas keçirib

Baxış: 509 Tarix: 1-08-2024, 07:48

BMT Təhlükəsizlik Şurası HƏMAS liderinin ölümü ilə bağlı təcili iclas keçirib

BMT Təhlükəsizlik Şurası HƏMAS lideri İsmayıl Haniyənin ölümü və Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirib.

 Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, toplantı İran tərəfinin çağırışı və Rusiya, Əlcəzair və Çinin dəstəyi ilə baş tutub.

İranın BMT-dəki nümayəndəsi çıxış edərək bildirib ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ciddi əhəmiyyət kəsb edən və aktual məsələdir.

ABŞ-ın BMT-dəki nümayəndəsi çıxışı zamanı qeyd edib ki, ABŞ HƏMAS liderinin öldürülməsindən xəbərsiz olub və bu işdə iştirak etməyib. O bildirib ki, bu, region üçün təhlükəli vəziyyət yaradır və üzvləri regiondakı bu gərginliyi azaltmaq üçün birgə işləməyə çağırıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi