Olimpiya Xartiyasında qeyd edilir ki, "Olimpiya hərəkatının məqsədi insan ləyaqətinin qorunmasına xidmət edən dinc bir cəmiyyəti təşviq etmək üçün idmanı bəşəriyyətin harmonik inkişafına yönəltməkdir". Beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti ilə qlobal miqyasda tanınan Fransanın belə bir tədbirə ev sahibliyi etməsi də çox absurtdur. 3 min ilə yaxın tarixi olan Olimpiya Oyunlarını siyasi alətə çevirən Fransa hakimiyyəti təşkilatçılıqda ciddi nöqsanlar buraxıblar.
İyulun 27-də Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi. Makron hökuməti bu sülh tədbirini nifrət, özlərinin çirkin, rəzil niyyətlərinin nümayişi və qəzəb üzərində təşkil etdi. Leonardo da Vinçinin "Sonuncu şam yeməyi" əsərinin parodiyası, din xadimlərinin şəkillərinin draq-şou elementləri ilə birlikdə istifadəsi "uğurlu" təşkilatçılığın ilk nümunəsi oldu. LGBT fərdləri İsa peyğəmbəri və onun həvarilərini əvəz etdilər. Bu da haqlı olaraq, bütün dünyada xristianların etirazına səbəb oldu. Bəlkə də, fransız təşkilatçılar bunun etirazlara səbəb olacağını əvvəldən düşünmüşdülər. Yəqin ki, elə buna görə də açılış üçün idman arenası yox, Sena çayının sahili seçilmişdi. Etirazlar alovlansa, qapalı məkanda ciddi və qarşısıalınmaz nəticələrə gətirib çıxara bilərdi.
Ölkələrinin rəsmi simvolu xoruz olan fransız təşkilatçılar geyləri və "saqqallı qadınları" səhnəyə çıxardı.
Olimpiya oyunlarında "Gey-parad"dan sonra Fransa rəsmilərinin cinsi orientasiyası artıq dünya mətbuatında açıq müzakirə mövzusuna çevrildi.
Siyasəti idmana qarışdıran rəsmi Paris Azərbaycana qarşı açıq təxribatla diqqət çəkdi. Belə ki, oyunların açılış mərasiminin yayımı zamanı Fransanın "Fr2" telekanalının efirində şərhçinin Azərbaycan əleyhinə səsləndirdiyi yersiz və təhqiramiz ifadələr onların illər ərzində içlərində tutduqları kin və nifrətin ifadəsi idi. Azərbaycan idmançılarından ibarət komandanın təqdimatında həmin şərhçi belə deyib: "Ermənistanla ərazi məsələsində toqquşmuş Qafqaz respublikası". Erməni idmançıların keçidi zamanı isə "Ermənistan, bizim erməni dostlarımız! Tarixən fransızların qəlbinə yaxın olan ölkə. Bu gün "Dağlıq Qarabağ"ın süqutundan və Azərbaycan ordusunun hücumundan sonra erməni xalqı üçün əlamətdar gündür" ifadələrini işlədib.
Növbəti rəzillik Cənubi Koreya idmançılarının Şimali Koreya kimi təqdim edilməsidir. Sena çayı boyunca bayraq dalğalandıran komanda həm fransız, həm də ingilis aparıcıları tərəfindən "Koreya Xalq Demokratik Respublikası" kimi təqdim edilib. Cənubi Koreyanın idman nazirliyi bu hadisədən təəssüfləndiklərini və hökumət səviyyəsində Fransaya ciddi şikayət ünvanlayacaqlarını bildirib. Beynəlxalq Olimpiya Komitəsi (IOC) özünün Koreya dilində olan rəsmi "X" hesabında dərhal üzrxahlıq edən yazı paylaşıb.
Bundan başqa, Böyük Britaniyadan olan idmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından və keyfiyyətsiz yeməklərdən narazılıqlarını bildiriblər. Bununla bağlı Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Enson "Daily Mail" nəşrinə bildirib. "İdmançılar Olimpiya kəndindəki əsas restorandan narazıdırlar. İaşə şirkəti yeməklərin çatdırılmasını sürətləndirmək üçün çalışır. Müəyyən qidalar kifayət deyil: yumurta, toyuq, müəyyən karbohidratlar. Bundan əlavə, idmançılara çiy ət verilir. Halbuki, yeməyin keyfiyyəti vacibdir. İdmançılarımız Klişidəki restoranımızda yemək yeməyə üstünlük veriblər", - deyə Enson bildirib.
Bu qədər rüsvayçılığın təkcə açılış mərasimində baş tutmağından, oyunlar bitənə qədər hələ çox şeylərin baş verəcəyini az-çox anlamaq olur. Bir yandan erməni və LGBT sevdası, bir yandan dini duyğuları ilə oynanılmış milyardlarla insan, digər yandan da başdan sona yarıtmaz təşkilatçılıq... Fransaya da elə bu yaraşırdı. Əlbəttə, bu ölkə belə bir beynəlxalq tədbirə ev sahibliyi etmək iqtidarında deyil.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb