lider-media.az

SOCAR ilə “Eni S.p.A” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Baxış: 585 Tarix: 30-07-2024, 20:48

Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyanın “Eni S.p.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüblər.

Lider-media.az SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, görüş çərçivəsində şirkətlər arasında enerji layihələri, enerji təhlükəsizliyi və səmərəliliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə, həmçinin qaz nəqli infrastrukturları və dayanıqlılıq sahələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər Azərbaycanda və “Eni S.p.A” şirkətinin əməliyyatlar həyata keçirildiyi ölkələrdə yeni və mövcud apstrim layihələrində sinerji və investisiya imkanlarını, həmçinin milli və beynəlxalq qaz nəqli infrastrukturları, eləcə də istixana qazı emissiyalarını azaldılması üzrə layihələr və texnologiyalar, enerji sənayesində davamlı inkişafı təşviq edən mümkün əməkdaşlıq sahələri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.

Görüşdə memorandumun şirkətlərin dekarbonizasiya strategiyalarına uyğun olduğu vurğulanıb və sənədin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyi bildirilib.

Söhbət zamanı SOCAR ilə “Eni S.p.A” şirkəti arasında səmərəli əməkdaşlıq imkanları nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi