Günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və böyük potensiala malik olan növüdür. Günəş texnologiyaları günəş şüasını fotovoltaik (PV) panellər və ya günəş radiasiyasını cəmləşdirən güzgülər vasitəsilə elektrik enerjisinə çevirir. Günəş enerjisindən elektrik enerjisi əldə etmək məqsədilə günəş panellərindən, istilik və isti su təminatı üçün isə günəş kollektorlarından istifadə edilir.
Günəş panelləri vasitəsilə müxtəlif gücdə elektrik stansiyaları quraşdırılır. Bu panellər evlərin damlarında da quraşdırıla bilər. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, 2020-ci ildə dünyada günəş elektrik stansiyalarının ümumi qoyuluş gücü 714 GVt (24,3 faiz) təşkil edib, yeni istifadəyə verilən günəş elektrik stansiyalarının gücü isə 127 QVt olub. 2020-ci ildə dünyanın ən böyük bərpaolunan enerji mənbələri bazarı olan Çində 49 QVt, ABŞ-da isə 15 QVt gücündə günəş enerjisi stansiyaları quraşdırılıb. Dünyada günəş enerjisi gücünə malik olan ölkələrin ilk beşliyi sırasına Çin, ABŞ, Yaponiya, Almaniya və Hindistan daxildir.
Günəş işığından alınan günəş enerjisinin Yer səthinə düşən miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun yalnız 0,0125 faizindən istifadə etməklə bugünkü dünya energetikasının bütün ehtiyaclarını ödəmək olardı. Bəs günəş enerjisindən istifadənin üstünlükləri nədir? Birincisi, günəş qurğuları işləyən zaman parnik effekti yaratmır, hava çirklənmir, istilik aşağı atmosfer qatlarına yayılmır. Bu enerjinin yalnız bir çatışmazlığı var ki, o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılı olmasıdır. Mütəxəssislərin hesablamalarına görə, günəş energetik qurğularının 50-ci enliklərdən cənuba doğru yerləşən regionlarda istifadəsi olduqca əlverişlidir. Azərbaycanda isə 300 günəşli və 270 küləkli gün olduğundan regionda Günəş energetikasının inkişafı da perspektivli hesab edilir.
Dünyada günəş enerjisinin elektrik enerjisinə çevrilməsi təcrübəsi geniş yayılıb. Bu, inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri sayılır. 1997-ci il Kioto razılaşmasına əsasən, Avropa Birliyi və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün güclü stansiyaların tikintisinə başlanılıb. Hazırda dünyanın 70-dək dövlətində, məsələn, ABŞ (600 MVt), Fransa (100 MVt), İsrail (100 MVt) və Türkiyədə (50 MVt) günəş elektrik stansiyaları fəaliyyət göstərir. Onların istehsal gücünün artırılması məqsədilə perspektivli layihələr hazırlanıb.
Qeyd edək ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən də asılıdır. Belə ki, bir il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Bəzi dövlətlərdə günəş enerjisindən istifadə "70 min günəşli dam", "Milyon dam" və "Yüz min dam" adlanan Dövlət proqramları çərçivəsində həyata keçirilir. Dünyada günəş batareyası ilə işləyən ən böyük elektrik stansiyası ABŞ-ın Nevada ştatındadır.
Bu gün Avropa şirkətləri bərpaolunan enerjiyə külli miqdarda vəsait sərf edir, lakin bu, dünyanın və Avropanın ehtiyacını tam ödəmək üçün kifayət deyil. Azərbaycan da bu işə töhfə verir. Artıq onuncu dəfədir ki, Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclası keçirilir. İclasa Azərbaycan və Avropa İttifaqı sədrlik edir. Həmin tədbirdə müzakirə olunan mövzulardan biri də "yaşıl enerji" ilə bağlıdır. Dövlət başçısı Şuşa Forumunda deyib: "Biz sinerjinin tərəfdarıyıq. Yəni bir işi görüb, digərini görməsək, bu, mümkün olmayacaq. Burada şüurlu yanaşma və həm istehsalçı, həm tranzit, həm istehlakçı ölkələr arasında maraqların balansı olmalıdır". Bu elə COP29-un da əsas mövzularından biridir.
Azərbaycan günəş və külək enerjisi stansiyalarının tikintisində bu sahədə böyük təcrübəyə malik olan "Masdar", "Acwa Power" şirkətləri və bp ilə əməkdaşlıq edir. Ölkəmizin böyük potensialı var. Ən əsas problem istehsal edilən bərpaolunan enerjinin saxlanma şəraiti ilə bağlıdır. Burada bir növ nəhəng bir batareya şəklində saxlanma yeri olmalıdır ki, bununla bağlı "Acwa Power" şirkəti ilə saziş imzalanıb. Azərbaycan bu layihələrin həyata keçirilməsi üçün sərmayə yatırır, eyni zamanda əlavə sərmayə də cəlb edir.
Ölkəmizdə 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək ki, onların da potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər daha 10 külək və günəş elektrik stansiyası tikiləcək. Bu isə o deməkdir ki, Azərbaycan "yaşıl enerji"ni ixrac etmək üçün də fəal çalışır.
Avropa üçün təbii qaz təchizatçısı olan ölkəmiz həm də "yaşıl enerji" təchizatçısı olacaqdır. Mütəxəssislər deyir ki, Azərbaycan günəş enerjisi baxımından da perspektivli ölkədir. Təbiətin bəxş etdiyi bu töhfədən səmərəli surətdə istifadə etməklə həm ölkə iqtisadiyyatına, həm cibimizə, həm canımıza fayda verərik.
Nurəngiz Adilqızı.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Qlobal problemlərin həllində “yaşıl enerji”nin rolu
İlham Əliyevin andiçmə mərasimi keçirilib
İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb