lider-media.az

Postmüharibə dövründə reabilitasiya müəssisələrində 3600-dən çox qazi reabilitasiya xidmətləri ilə təmin edilib

Baxış: 3286 Tarix: 6-08-2025, 17:17

Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3600-dən çox qazi reabilitasiya xidmətləri ilə təmin edilib. Son illər reabilitasiya mərkəzlərinin müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətində mühüm işlər aparılıb.

Bu müəssisələrdə xidmət keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə, xidmət göstərilənlərin illik sayının 10 dəfədən çox, əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin illik sayının 3 dəfə artırılmasına nail olunub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər biri fərdi reabilitasiya proqramı əsasında mütəmadi olaraq bərpa-müalicə kursları keçib, effektiv fizioterapevtik prosedurlara cəlb ediliblər. Bu kurslar onların səhhətində yaxşılaşmaya, reabilitasiya potensiallarının reallaşdırılması istqiamətində mühüm irəliləyişə imkan yaradıb.

Vətən müharibəsindən sonra Agentlik tərəfindən 2350-dək qazimiz isə 79,4 min reabilitasiya vasitəsi, o cümlədən 500-ə yaxın qazimiz 610-dan çox son nəsil yüksək texnologiyalı protezlə təmin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi