lider-media.az

İsveçdə “Bəxtiyar Vahabzadə-100” mövzusunda konfrans təşkil ediləcək  

Baxış: 501 Tarix: 6-08-2025, 16:09

İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadə-100” mövzusunda konfrans təşkil ediləcək.  
“Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri Səadət Kəriminin Lider-media.az saytına verdiyi məlumata görə, tədbir avqustun 9-da “Zoom” proqramı vasitəsilə həyata keçiriləcək. 
Tədbirdə məruzəçi qismində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor, Xəzər Universitetinin müəllimi Bədirxan Əhmədli çıxış edəcək. 
Konfransda görkəmli şairimiz Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından bəhs ediləcək. 


Səadət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi