lider-media.az

FHN-in əməkdaşları qol güləşi üzrə Bakıda keçiriləcək Dünya çempionatına vəsiqə qazanıblar

Baxış: 25599 Tarix: 6-08-2025, 11:41

2-3 avqust 2025-ci il tarixlərində Abşeron Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş qol güləşi üzrə yeniyetmələr, gənclər, böyüklər, usta və veteranlar arasında ölkə kuboku keçirilib.

Çempionatda respublikanın müxtəlif şəhər, rayon və idman cəmiyyətlərindən müxtəlif çəki dərəcələri üzrə 500-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda iştirak edən FHN-in qol güləşi üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı mayor Rəşad Kəsəmənli 63 kq çəki dərəcəsində sağ və sol qol üzrə keçirdiyi görüşlərdə bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Komandanın digər üzvləri – Sumqayıt Regional Mərkəzinin əməkdaşı mayor Rəşad Hacıyev 105 kq çəki dərəcəsində sol qol üzrə qızıl, sağ qol üzrə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı daxili xidmət çavuşu Sənan Şükürov isə 86 kq çəki dərəcəsində sol qol üzrə qızl medala yiyələnməyi bacarıblar.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.

5 avqust 2025-ci il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ölkə kubokunda nailiyyət qazanmış əməkdaşlarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzılayıb.

Qeyd edək ki, komandanın üç üzvü qol güləşi üzrə oktyabr ayında Bakıda keçiriləcək Dünya çempionatına vəsiqə qazanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi