lider-media.az

Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO

Baxış: 21185 Tarix: 6-08-2025, 12:15

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov ilə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının HDQ komandanı admiral Navid Əşrəf arasında görüş keçirilib. 
Rəsmi qarşılanma mərasimində HDQ komandanları fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Pakistan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiram nümayiş etdirib.
Görüş zamanı Azərbaycan və Pakistan HDQ-lərinin qarşılıqlı əlaqələrinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, döyüş gəmilərinin heyətləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb və bir sıra digər məsələlər müzakirə olunub.
Daha sonra HDQ bazasını ziyarət edən pakistanlı qonaqlar üçün təşkil edilmiş brifinqdə Azərbaycan HDQ-sinin strukturu, əməliyyat imkanları, Xəzər dənizinin Azərbaycana aid sektorunda fəaliyyəti, şəxsi heyət üçün yaradılmış şərait, təlim-tədris prosesi, eləcə də xidməti-döyüş fəaliyyətinin təşkili barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Pakistan nümayəndə heyəti, həmçinin HDQ-nin "N" hərbi hissəsində olub. Hərbi hissə ilə tanışlıqdan sonra qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi