Avqustun 5-də Dövlət Sərhəd Xidməti aparatında Baş Prokurorluqla birgə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğunun nümayəndələri iştirak etmiş, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparmışlar.
Çıxış edənlər korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu, bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də ciddi təhlükə yaratdığını vurğulamış, hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini qeyd etmişlər.
Bildirilmişdir ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilmiş, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Həyata keçirilən tədbirlər çərçivəsində korrupsiyanın qarşısının alınması məqsədilə preventiv mexanizmlər təkmilləşdirilmiş, vətəndaş məmnunluğunun və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Tədbirin sonunda bu sahədə maarifləndirmə, təlim, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmış, korrupsiyaya qarşı mübarizəyə dair qarşılıqlı fikir mübadiləsi aparılmışdır.






ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb