lider-media.az

“SAY: İRSİMİZ” layihəsinə start verilir

Baxış: 218 Tarix: 24-07-2024, 18:47

“SAY: İRSİMİZ” layihəsinə start verilir

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY: İRSİMİZ” layihəsinə start verir.

İctimai birlikdən bildiriblər ki, “SAY: İRSİMİZ” layihəsinin məqsədi gəncləri Azərbaycanın zəngin mədəni irsi ilə tanış etmək, bu mövzuda maarifləndirməklə onları milli-mənəvi dəyərlərimizə sadiq ruhda formalaşdırmaqdır. Buraya tariximizi, ədəbiyyatımızı, görkəmli şəxsiyyətlərimizi, tarixi abidələrimizi, toponimləri, milli rəqslərimizi, filmlərimizi, mahnılarımızı, mətbəximizi araşdırmaq daxildir.

Layihə çərçivəsində müxtəlif təlimlər, görüşlər, infosessiyalar, praktik məşğələlər, teatr tamaşaları, rəqs nümayişləri, müzakirə saatları, intellektual oyunlar və digər fəaliyyətlər təşkil etməklə gənclərin bilik və bacarıqlarının artırılması, milli irsimizin mahiyyətinin öyrədilməsi və dəyərləndirilməsi üçün cəlbedici və maarifləndirici mühitin yaradılması hədəflənir.

SAY hərəkatı adı altında keçirilən və sayca 9-cu olan "SAY: İRSİMİZ" layihəsi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 15-19-da Qusar Rayon Olimpiya İdman Kompleksində keçiriləcək.

"İRƏLİ" İctimai Birliyi "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında "SAY: Könüllülük Akademiyası", "SAY: Green", "SAY: Multikulturalizm" , "SAY: Volunteering Festival", "SAY: Solidarity", "SAY: Unity" və "SAY: Cümhuriyyət" kimi böyük layihələri həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb.

Layihəyə qatılmaq istəyən gənclər iyulun 28-dək bu link vasitəsilə qeydiyyat iştirakçı ərizələrini təqdim edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi