lider-media.az

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti QƏRAR

Baxış: 336 Tarix: 23-07-2024, 10:37

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti QƏRAR

№ Q/13

Bakı şəhəri                                                                                                     “10” iyul 2024-cü il

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1103-VIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 164s nömrəli Sərəncamının 2-ci hissəsinin icrasının təmin edilməsi, habelə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin 5.7.5-ci yarımbəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci il 20 iyul tarixli Q/15 nömrəli Qərarı ilə təsdiq edilmiş “Götürülmüş əşyaların, pulların və digər qiymətlilərin məhkəmənin qərarınadək Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi barədə Təlimat”ın 1.2.5-ci yarımbəndində birinci halda “məişət tullantılarında” sözləri “məişət məmulatlarında” sözləri ilə, “istehsal və məişət tullantılarında” sözləri “tullantılarda” sözü ilə əvəz edilsin.

2. Hüquqi təminat idarəsi: bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.

 

Rəis
general-polkovnik                                                   Əli Nağıyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi