lider-media.az

Paris Olimpiadasında iştirak edəcək Azərbaycan gimnastları ilə görüş keçirilib

Baxış: 511 Tarix: 23-07-2024, 08:37

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov "Paris-2024" Yay Olimpiya Oyunlarında gimnastika üzrə ölkəmizi təmsil edəcək lisenziyaçılar və nümayəndə heyəti ilə görüşüb.

Federasiyadan verilən məlumata görə, o, idmançıların son hazırlıqları ilə maraqlanıb və onlara uğurlar arzulayıb.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva da iştirak edib.

Qeyd edək ki, Azərbaycanı Paris Olimpiadasında bədii gimnastika üzrə Zöhrə Ağamirova, eləcə də Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası, batut gimnastikası üzrə isə Selcan Mahsudova təmsil edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi