Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə
Deməyin insan var dərdsiz-kədərsiz,
Deməyin insanlar düşüncəsizdir.
Nədənsə, birinə yaşamaq əziz,
Başqa birisinə ölmək əzizdir.
O, ölümü seçdi, ölüm isə ona heç yaraşmırdı. Alını deyirəm, bu misraların müəllifi, telejurnalist, publisist, şair Alını. Beş il jurnalistika fakültəsində bir yerdə oxuyub, bir dəfə də olsun xətrinə dəymədiyim, xətrimə dəyməyən Alını bu gün jurnalistlərin peşə bayramı günündə oxuculara necə təqdim edəcəyimi bilmirəm. Alı Mustafayev həm də Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhididir. Bax, bütün bunları cəmisi 39 illik bir ömür kitabına sığışdıra bilmişdi, mənim şəhid tələbə yoldaşım.
Nə yaxşı ki, xatirələr var. Xatirələr təkcə həyatın müəyyən məqamlarının yaddaşımıza köçürülməsi demək deyil, həm də tarixdir. İndi xəyal məni 48 il öncəyə aparır.
1976-cı il 1 sentyabr... Azərbaycan Dövlət Universiteti (indiki BDU) jurnalistika fakültəsinin 3796-cı qrupunun ilk dərs günü. Bu sətirlərin müəllifi də onların arasında idi. Auditoriyaya, daha doğrusu, kiçik dərs otağına ilk daxil olan fakültənin dekanı Seyfulla müəllim həmin gün mənim qrup nümayəndəsi təyin olunduğumu deyəndə çox həyəcanlandım. Axı bu çətin, məsuliyyətli işin öhdəsindən necə gələcəkdim? Nəsə demək istəyirdim ki, arxa partalarda oturan uşaqlardan biri: "Seyfulla müəllim, biz də bu təyinatı dəstəkləyirik", - dedi. Dönüb baxdım. Bu, adını bir qədər sonra öyrəndiyim Alı idi. Beləcə, tələbəlik həyatımız başlandı.
Deyirlər ki, tələbəlik ömrün ən mənalı, qayğısız illəridir. Bəlkə də belədir, ancaq gəlin etiraf edək ki, o illər heç də hamı üçün qayğısız, çətinliksiz ötüb keçmir. Çünki hərə bir mühitdən, fərqli-fərqli ailələrdən gəlir və atasız, maddi vəziyyəti çətin olan tələbələr o illərin sevincindən çox ağrısını yaşayırlar. Beşillik tələbə həyatında bu qənaətə gəlmişdim. Məsələ burasındadır ki, o zamanlar tələbələrə təqaüdü qrup nümayəndələri paylayırdılar. Bunun üçünsə mən hər ayın sonunda universitetin əsas binasına gəlir, müəyyən məbləğdə pulu götürüb yenidən ozamankı Kommunist (indiki İstiqlaliyyət) küçəsində yerləşən jurnalistika fakültəsinə qayıdırdım. Çox vaxt tək gedirdim, ancaq hərdən Alı mənə yoldaşlıq edirdi. Çünki onun bu təqaüdə çox ehtiyacı vardı. Vədə tamamında: "Bu gün gedirik?", - deyə soruşar, mən də bəzən: "Yox, bu gün kitabxanaya gedəcəyəm, sabaha seminarımız var axı" - deyib səhərisi günə saxlamaq istəyərdim. Bir dəfə: "İstəyirsən, taksi ilə gedib gələrik" - deyəndə, mən də: "Taksiyə pulun varsa, niyə məhz bu gün getməyimizi israr edirsən?", - deyib zarafata zarafatla cavab verdim. Sonra əlini cibinə salıb: "Olanım, bax, budur", - deyib cibindəki son qəpiklərini göstərdi, ardınca da özünü sındırmadan: "Bax a, sizi mənə görə tanıyacaqlar", - dedi. Bilmirəm nədənsə, bu sözləri tez-tez söyləyərdi. Qəribədir, sonralar başqalarının yanında jurnalistikadan, qrup yoldaşlarından söz düşəndə dəfələrlə, özü də qürurla deyirəm ki, "Alı ilə bir qrupda oxumuşuq...".
Alı atasını erkən itirmiş, anasının himayəsində böyümüşdü. Universitetə öz halal zəhməti, çalışqanlığı sayəsində daxil olmuş, çətinliklə oxumuşdu.
Mən öz dırnaqlarım, öz əllərimlə,
Gah paltar qazandım, çörək qazandım.
Bəzən də qovrulub alın tərimlə,
Ümid çırağının oduna yandım
Bəzən atalılar xor baxdı mənə,
Yox, yox, mən onlardan heç incimədim.
Qəlbimin gücünə inanıb yenə,
Gələcək günlərə ümid bəslədim.
Elə bu ümidlərin işığında bir gün jurnalist diplomu ilə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin qapısından içəri girəndə həyatın ona yaşatdığı acıları tez bir zamanda unutduracağına da çox inanmışdı. Lakin ermənilərin torpaq iddiaları, Qarabağ müharibəsi başlayanda yuxusuna haram, yenicə şirinləşməyə başlayan həyatına sanki zəhər qatıldı Alının. Ona qədər "Günün ekranı" xəbərlər proqramında maraqlı, məzmunlu, günlə səsləşən süjetləri ilə tanınan Alı artıq özünü başqa bir ampluada təqdim etməyə başladı. 1990-cı il yanvarın 20-də Bakının qana boyanmış küçələrində ölümün üstünə gedib çəkdiyi, lentə köçürdüyü kadrlar ona rəğbəti bir az da artırdı. İndi tamam dəyişmiş, başqalaşmışdı, qarşımızda bir Vətən sevdalısını görürdük. Oğlu Turala yazdığı şeirdə söylədiyi: "Məndən sənə nə var qalar, nə dövlət, Sənin dövlətindir, varındır Vətən", - misraları bir nəsihət, vəsiyyət idi. Özünün Vətən yolunda qələmlə savaşdığını deyən şair övladına "sən qılınc götür", götür ki, "Sərhədə dönməsin Araz kimi Kür" - söyləyirdi, bu torpağın, bu xalqın böyüklüyünə, onun polad biləkli, vuran oğullarının tükənmədiyinə inanırdı.
Alının televiziya ekranında görməyə adət etdiyimiz Qarabağın ən qaynar nöqtələrindən hazırladığı reportajlar bir savaş idi, o, "Vətən!" - deyib hayqırırdı. Birinci helikopter qəzasında aldığı yaraları sağalmamış təkrar cəbhəyə yollanmışdı. 1991-ci il noyabrın 18-də erməni quldurların Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törətməsi xəbərini də elə yataqda eşitmiş, səhəri gün iş yerinə gələrək Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürmüşdü. Səhhətindəki ağır problemlərə baxmayaraq, onu heç kəs bu yoldan çəkindirə bilməmişdi. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksəkrütbəli hərbçiləri Qaradağlıya aparan hərbi helikopter ermənilər tərəfindən vuruldu.
Alı Qarabağ müharibəsinin ilk şəhid jurnalisti oldu, bir vaxt "Dəli bir ağlamaq keçir könlümdən" şeirini söylədiyi "Şəhidlər Xiyabanına köçdü". Nə zamansa əlində mikrofon haqsızlığa qarşı çıxdığı həmin yerdə özünə "əbədi mənzil qurdu" Alı. O müqəddəs yerdə dəfələrlə olmuşam. Hər dəfə məzarı qarşısında dayananda onun lal, sükut dolu baxışlarından o qədər suallar oxuyurdum ki... Sanki demək istəyirdi: "Bəs qisasımız nə vaxt alınacaq, yüzlərlə, minlərlə oğulların qanı hopmuş torpaqlarımız, işğal edilmiş ərazilərimiz daşnak tör-töküntülərinin tapdağında çoxmu inildəyəcək? İnsanın sinəsini güllə kimi dəlib keçən bu suallara cavab tapa bilmirdim, ancaq inanırdım. İnanırdım ki, torpaqlarımız bir gün azad olunacaq. Elə Alının özünün dediyi kimi, "əgər şəhid varsa, demək, vətən var, şəhidlər dünyada ən böyük haqdır, ruhlar bu torpağı qoruyacaqdır". Qorudu da. Azərbaycan əsgəri düşməni diz çökdürdü.
Tarixi zəfərimizdən sonra Şəhidlər Xiyabanına növbəti ziyarətimi xatırlayıram. 2021-ci ilin 20 Yanvarını. Yenə də Alının məzarı qarşısındaydım. Özü demişkən, dəli bir ağlamaq keçirdi könlümdən, qəmdən, kədərdən, qüssədən yox, sevincdən. Qarşısında həmişə mat qaldığım suallarına cavab tapmışdım: torpaqlarımız azaddır, üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır. Şəhid ruhları şaddır!..
Vətəni canından artıq sevdi, bu yolda ölümü seçdi Alı, seçilmək üçün yox, onu yaşatmaq üçün...
Zümrüd QURBANQIZI.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb