lider-media.az

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Baxış: 349 Tarix: 20-07-2024, 23:06

Naxçıvan Baş Gömrük İdarəsində I yarımilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Lider-media.az  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsindən məlumat verilib. Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev çıxış edərək Dövlət Gömrük Komitəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində müzakirə olunan məsələlər və qarşıda duran hədəflər barədə məlumat verib, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlər, əldə olunan nailiyyətlərin son dövrlərdə gömrük orqanlarında aparılan islahatlarla əsaslandığını bildirib. Daha sonra 2024-cü ilin ilk 6 ayında görülmüş işlərlə bağlı hesabat, tabeli struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib. Sonda bildirilib ki, muxtar respublikada gömrük işi sahəsində daha yüksək nailiyyətlərin əldə olunması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi