lider-media.az

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib

Baxış: 332 Tarix: 20-07-2024, 12:04

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhməramlı əməliyyatının 50-ci ildönümünə həsr olunmuş şənliklərdə iştirak etmək üçün iyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşaya səfər edib.

Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ercan Hava Limanında Türkiyə liderini ŞKTC-nin Prezidenti Ersin Tatar qarşılayıb.

Təntənəli tədbirlər proqramı çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı “TGC Anadolu”nun rəhbərliyi ilə Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus 50 gəmidən ibarət qrup ŞKTC sahillərinə yanaşıb.

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin, həmçinin “Türk Ulduzları” və SOLOTÜRK pilotaj qruplarının nümayişləri planlaşdırılır.

Türk qoşunlarının Kiprə çıxışının 50 illiyi şərəfinə 50 artilleriya atəşi açılacaq.

Qeyd edək ki, təntənəli tədbirlərin iştirakçıları arasında Azərbaycanın deputatlarından ibarət qrup da yer alıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi