lider-media.az

“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

Baxış: 242 Tarix: 19-07-2024, 16:27

“Türk Hava Yolları” bir sıra reysini təxirə salıb

Dünyada yaranan rabitə problemləri səbəbindən “Türk Hava Yolları” (THY) aviaşirkəti bir çox reysi təxirə salıb.

Lider-media.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, THY dünya üzrə müxtəlif sektorlarda bir çox şirkətə təsir edən proqram təminatı ilə bağlı yaranan problemin həllinə dəstək məqsədilə sistemindəki sıxlığı azaltmağa çalışır.

“Uçuşlarla bağlı yarana biləcək problemin qarşısını almaq məqsədilə THY tərəfindən icra olunan bəzi səfərlər təxirə salınır. Reyslərin tədricən normallaşması ilə bağlı tədbirlər görülür”, - deyə THY-nin məlumatında bildirilir.

Şirkət uçuşu ləğv olunan sərnişinlərin mobil tətbiq vasitəsilə dəyişiklik edə biləcəyini bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi