lider-media.az

Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib

Baxış: 429 Tarix: 16-07-2024, 13:19

Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib

Cari ilin yanvar-may aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən, 18 hüquqi, 4 fiziki şəxs barəsində ümumilikdə 22 inzibati xəta haqqında protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Dövlət Xidmətindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib edilmiş protokolların sayında müşahidə olunan 27 faiz azalma dövlət-özəl dialoqu çərçivəsində sahibkar-istehlakçı münasibətlərinin möhkəmləndirilməsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və şikayətlərin operativ emalı, o cümlədən pozuntu hallarının çevik şəkildə qarşısının alınmasının göstəricisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi