lider-media.az

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Baxış: 313 Tarix: 12-07-2024, 21:33

Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il iyulun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə MSK-nın 9 iyul 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.

Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası və Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Sözügedən hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə Komissiya üzvləri məlumatlandırılıb və siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Xarici qurum və media subyektlərinin nümayəndələrinin iştirak etdiyi iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.

 

 

Mərkəzi Seçki Komissiyası Katibliyinin

Media və kommunikasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi