General-mayor Polad Həşimov qəhrəmancasına ön xətdə şəhid oldu... Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid oldu... Şəhidlərimizin və yaralıların qanı yerdə qalmayacaq... Hər şey belə başladı. Zəfərə gedən yolun bünövrəsi Tovuz döyüşlərində atıldı. Xalq-Prezident birliyinin gücü döyüş meydanında əks olundu.
Lider-media.az xatırladır ki, 2020-ci il iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan ordusu Azərbaycanın Tovuz rayonundakı mövqelərini artilleriya qurğularından atəşə tutdu. Ordumuzun bölmələri düşmənin bu təxribatının qarşısını aldı. Həmin gün Azərbaycanın üç hərbi qulluqçusu şəhid olur, 5 nəfər yaralanır. Ermənistan ordusu çoxsaylı itki verir. Azğın düşmənin müdafiə nazirliyi gülünc açıqlamasında bildirir ki, guya Azərbaycan hərbçiləri "UAZ" markalı avtomobillə dövlət sərhədini pozmağa cəhd ediblər. Azərbaycan Müdafiə Nazirliyinin isə cavabı gecikmir: "Azərbaycan Ordusu şərti sərhəddi pozmaq istəsə, bunu avtomobillərlə deyil, zirehli maşınlarla edərdi".
İyulun 13-nə keçən gecə Tovuz istiqamətində gərginlik artmağa davam edirdi. Ordumuzun bölmələrinin dəqiq atəşi ilə ermənilərin dayaq məntəqəsi, artilleriya qurğuları, həmçinin hərbi hissəsi ərazisində texnika və canlı qüvvəsi məhv edildi. Ermənistan artilleriyası isə toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini atəşə tutdu. İyulun 14-də ermənilər Ağdam və Əlibəyli kəndlərini də iriçaplı qurğulardan və artilleriya qurğularından yenidən hədəfə alır. Tovuzun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə və məktəblərə ciddi ziyan dəyir. Ağdam kəndinin 76 yaşlı sakini də həlak olur. İyulun 14-də düşmənin ağır artilleriyalardan açdığı atəş nəticəsində şəhid olan general-mayor Polad Həşimov müstəqil Azərbaycanın hərbi əməliyyatlar zamanı ali məqama ucalan ilk general rütbəli hərbçisi idi.
Baş verən olaylar, azğın düşmənin harınlığı Azərbaycan xalqının səbir kasasını daşırdı. Kiçik bir haşiyə çıxaq. Məhz 2020-ci ilin birinci yarısı dünyanın yadından çıxarmaq istədiyi bir tarix idi. Yayılan COVID-19 pandemiyası bütün ölkələrlə yanaşı, Azərbaycanda da insanların azad həyatını təhlükəyə salmışdı. Yəni onsuz da gərgin olan mühitdə baş verənlər böyük alova zəmin yaradacaq kiçik qığılcım rolunu oynadı. Ölkənin müxtəlif şəhərlərində orduya dəstək aksiyaları keçirilirdi. İyulun 14-də Bakıda on minlərlə insan orduya dəstək üçün küçələrə çıxdı. Ali Baş Komandana səfərbərlik üçün çağırışlar edirdilər. Bütün bölgələrdən olan insanlar cəbhədəki döyüşçülərimizə yardımlar göndərirdilər. 5 gün davam edən Tovuz döyüşləri Azərbaycanın qələbəsi ilə başa çatdı. Ermənistanın hücumunun qarşısı qətiyyətlə alındı. Ermənistan tərəfi isə öz itkilərini gizlədir, ictimaiyyətə yalan məlumatlar verirdi. Lakin əsas qisas gecikmədi.
Tovuz hadisələrindən 2 aydan sonra sentyabrın 27-də Ermənistan növbəti təxribata başlayanda Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatları ilə bütün şəhidlərimizin qisasını almaqla yanaşı, torpaqlarımızı da işğaldan azad etdi. Hər anı şərəfli tarixin bir parçası olan 44 günlük Vətən müharibəsi və qazanılan Zəfər Ali Baş Komandanın və ona etibar edən xalqın Tovuzdan başlanan qəhrəmanlıq salnaməsinin şərəfli davamı idi. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə suverenliyini tam olaraq bərpa edən ölkəmiz həmin günləri fəxarət hissilə yada salır.
Tovuzda yerləşən "N" saylı hərbi hissəyə gələn gənc əsgərlər 2020-ci ildən sonra bir qayda olaraq döyüşlərdə şəhid olan hərbçilərimizin büstləri ilə tanış edilir. Şəhərin gəzməli-görməli, səfalı yerləri, gözəl bulaqları həddən artıq çoxdur. "Amma biz quru torpaqlarda xidmət edəcəyik" deyə düşünən əsgərləri hərbi hissənin daxilindəki şəhid şəkillərini görən zaman qürur salnaməsinin yaxından şahidi olmaq və onlar kimi canları, qanları bahasına bu torpağın hər qarışını qorumaq hissi bürüyür. Bu ərazilərdə xidmət etmək çox çətindir. Lakin heç kim bu barədə düşünmür. Yanlız bu istiqamətdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ruhu səsləyir hər kəsi. Hərbi hissənin bayraq növbəsində belə həmin şəhidlərin şəkilləri ilə baxışmaq bəs edir, onların əmanətini eşidə bilmək üçün. "Vətəni qoruyun, onu daima düşmən əsarətindən kənar, azad və suveren bir dövlət edin". Döyüşlərdə şəhid olan ən gənc hərbçi, əsgər Xəyyam Daşdəmirovun ruhu sanki daim gənc əsgərlərin üzərindədir, onlara qələbə əzmini aşılayır, daima zəfərə səsləyir. Hərbi hissədə yaşayan əfsanələr də olduqca çoxdur. Onlardan biri də baş leytenant Aqşin Alıyevdir. O, Tovuz döyüşlərində zabitlər Polad Həşimov, İlqar Mirzəyev, Namiq Əhmədov və gizir Yaşar Babayevlə birgə döyüşüb. Şəhidlərimizin nəşini öz əlləri ilə çıxarıb düşmən mühasirəsindən. Tovuz döyüşlərində Vətəni üçün canlarından keçən qəhrəmanlarımız da belə desək, simvolik məkanda, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan "Mübariz" postunda şəhid olublar. İndi ora "Polad" postu da deyirlər. General-mayorun adını daşıyan əsl "Polad" postu isə Talış yüksəkliyində, şəxsən onun düşməndən azad etdiyi ərazidədir. Bu gün Azərbaycan Ordusunun əsgərləri həmin ərazilərdə qürur, şərəf və mətanətlə xidmət edirlər. Bu isə onu göstərir ki, Azərbaycan Ordusunun gücü qarşıısında Ermənistan ordusu aciz və zəifdir.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Azərbaycan Ordusu sabitlik, sülh, əmin-amanlığın keşiyində duran vacib institutlardan biridir
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb