lider-media.az

Sabah Xətai və Suraxanıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Baxış: 749 Tarix: 11-07-2024, 22:40

Sabah Xətai və Suraxanıda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakının Xətai və Suraxanı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksəktəzyiqli magistral qaz kəmərinin 10-cu kilometrdə dayaqlar üzərinə qaldırılması ilə bağlı iyulun 12-si saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Xətai rayonu üzrə M.Müşfiq, M.Davud, Qvardiya və Azadlıq küçələrinin, Suraxanı rayonu üzrə isə Qum adası yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi