lider-media.az

DİN: Altı ay ərzində vətəndaşlar tərəfindən 1029 odlu silah könüllü təhvil verilib

Baxış: 271 Tarix: 9-07-2024, 15:52

DİN: Altı ay ərzində vətəndaşlar tərəfindən 1029 odlu silah könüllü təhvil verilib

Polis əməkdaşları tərəfindən davam etdirilən profilaktik tədbirlər nəticəsində 2024-cü ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 1029 ədəd odlu silah könüllü təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, könüllü təhvil verilən odlu silahlardan 40-ı avtomat, 14-ü tapança, 975-i ov tüfəngi olub.

“Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad olunur. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə, faciəyə səbəb ola bilər”, - deyə nazirlikdən bildirilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi