lider-media.az

XİN-in kollektivi peşə bayramı ilə əlaqədar Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Baxış: 367 Tarix: 8-07-2024, 11:45

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar iyulun 8-də Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

Lider-media.az  xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, onların xatirəsinə ucaldılan “Əbədi məşəl” abidəsinin önünə əklil və dəstələri qoyublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi